Bakıda qonşular arasında dava: yaralanan var

  • 05 Okt - 2019

Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Mikayıl Babayev sərxoş vəziyyətdə qonşusu, 1947-ci il təvəllüdlü Teymur Babayevi bıçaqlayıb.

T.Babayev xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən M.Babayev tutulub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb və istintaq aparılır.


Oxunma sayı: 551

Oxşar yazılar