Teymur Rəcəbov: "Qələbəni necə qeyd edəcəyimi bilmirəm"

  • 21:58 - 04 Oktyabr

"Hələ ki, boşluqdan başqa heç nə hiss etmirəm".

Bunu Dünya Kubokunun qalibi olan Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib. 

32 yaşlı qrossmeyster qələbəni necə qeyd edəcəyini bilmədiyini bildirib: "Hər halda 15-16 yaşımda Kasparovu məğlub etdiyim görüşdən sonrakı qeyd etməyimdən başqa bir şey etməyəcəyəm".

Rəcəbov onun üçün hər iki uğur arasında heç bir fərq olmadığını sözlərinə əlavə edib: "Kasparovla görüş bir oyundan ibarət olsa belə, indiki qələbə ilə müqayiqə olunur. Dünya Kuboku bir turnir idi". 

Qeyd edək ki, Teymur Rəcəbov Dünya Kubokunun finalıda çinli Dinq Lireni məğlubiyyətə uğradıb - 6:4. 

 

 

report


Oxunma sayı: 6392

Oxşar yazılar