İlham Əliyevin Paşinyanı necə "mat" vəziyətinə saldı ... - Moskvadan İrəvana tərs şillə - Ruslan Bəşirlinin yazısı

  • 18:19 - 04 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən forumunda çıxışı böyük rezonansa səbəb olub. Ölkə başçısının Ermənistan baş naziri Paşinyanın Xankəndində populist " Qarabağ Ermənistanındır. “Nöqtə" açıqlamasına cavab olaraq, "Qarabağ Azərbaycanındır və nida işarəsi" ifadəsi tərs bir şillə idi. Əlbəttə, Qarabağ məsələsinin regional müstəvidən çıxaraq, çoxdan qlobal münaqişə çaları qazandığını nəzərə aldıqda Azərbaycan Prezidentinin bəyanatının effektini anlamaq çətin deyil. Beləliklə...

1. Kortəbii aksiyalar fonunda hakimiyyətə gələn və əlindən selfi çubuğu düşməyən, siyasi cəhətdən olduqda səbatsız davranışları ilə diqqətə düşən Ermənistanın baş naziri Paşinyanın Xankəndində verdiyi bəyanat rəsmi İrəvanı dalana dirədi. Hətta Ermənistanın bir sıra siyasi şərhçiləri Paşinyanın "Qarabağ Ermənistanındır. Nöqtə" bəyanatının rəsmi İərəvanın danışıqlar prosesində əlini zəiflətdiyi düşüncəsindədilər. Məsələ burasındadır ki, Paşinyandan öncəki Ermənistan rəhbərlərinin heç biri bu cür bəyanat verməmişdilər. Hərçənd, həm Köçəryan, həm də Sarkisyan Qarabağdakı erməni separatizminin fonunda hakimiyyətə gəlmişdilər. 

Öncədən qeyd etdiyimiz kimi, Qarabağ məsələsi  regional ölçüdən çoxdan çıxıb və açığı bu tipli münaqişlər artıq bir çox aparıcı dövlətlərin maraqları dairəsindədir. Ermənistan baş nazirinin də üzərində dinc danışıqlar formatını saxlama öhdəliyi var. Sülh danışıqlarının alternativi, əlbəttə, müharibədir. Lakin Ermənistanınbu "selfinaz" baş naziri ilə axı necə danışasan ki, son bəyanatı ilə danışıqlar prosesini tormozlayır. 

 Hakimiyyətdə qalmağa ümidləri getdikcə tükənən Paşinyan dayanmadan tibunalardan populist bəyanatlar verir. Siyasətlə yaxından uzaqdan bir əlaqəsi olmayan, Ermənistandakı kortəbii aksiyaların fonunda qəflətən özünü baş nazir postunda görən "Selfinaz"  artıq tələblər qarşısındadır. Ermənistan iqtisadiyyatı batıb, ölkə əhalisinin böyük bir hissəsi Rusiyada ən alçaldıcı əmək növləri ilə məşğul olaraq, qarnını doyurmaq məcburiyyətindədir, xarici siyasətdə isə Rusiya və ABŞ arasında qalmaqla böyük bir xaos hökm sürür. Paşinyan isə erməni cəmiyyətində məhvə doğru gedən nüfuzunu bərpa etmək istəyir və Xankəninə qaçaraq tribunaya cumur. Erməni baş nazir " Qarabağ Ermənistanındır. “Nöqtə" deməklə siyasi karyerasını qurtaracağını düşünür və elə bu zaman da ən böyük zərbəni müttəfiqindən alır.

2. İş o yerə çatdı ki, Rusiyanın milliyətcə erməni olan xarici işlər naziri Sergey Lavrov Paşinyana sözün əsl mənasında ultimatum verdi. 

“Siyasi proses tormozlanıb və hələlik bu tormozu götürmək mümkün olmur. Tərəflər kifayət qədər ciddi bəyanatlar verirlər. O cümlədən,  “Qarabağ Ermənistandır”. Necə ki, Albaniyanın baş naziri Tiranadan bəyan edirdi-Kosovo Albaniyadır" - Lavrov belə deyib. 

Картинки по запросу Lavrovdan Paşinyana cavab

Lavrovun bu bəyanatının tərcüməsi bilirsiniz nədir? Bu suala cavab tapmaq üçün Kosova məsələsinin tarixinə qısa nəzər yetirmək kifayət edir. Məsələ burasındadır ki, öz müstəqilliyini elan etmiş Kosovonu, Rusiya Serbiyanın tərkib hissəsi kimi tanıyır. Belə demək mümkündürsə, Rusiya Kosovonun beynəlxalq aləmdə tanınmasını əngəlləyən aparıcı dövlətdir. Etnik albanların yaşadığı Kosovonu isə ilk tanıyan dövlət 1992-ci ildə Albaniya olub. 1994-cü ildə Bosniya müharibəsi başlayanda Albaniya bu qərarından vaz keçdi. 2008-ci ildə isə yenidən Kosovonu tanıdı. 2015-ci ildə Albaniyanın baş naziri Edi Rama Albaniya ilə Kosovonun birləşəcəyini bəyan etdi və qarşılığında Moskvadan hədə aldı. 

Əlbəttə, Kosovadan fərqli olaraq, Qarabağın əhalisinin əksər hissəsi azərbaycanlılardan ibarət olub. Ümumiyyətlə, Qarabağa ermənilərin köçürülməsinin çar Rusiyası tərəfindən başladılması da tarixi sənədlərlə sübuta yetirilən bir faktdır. Lakin burada məsələ Lavrovun Rusiyanın qəti surətdə tanımayacağını bəyan etdiyi  Kosovo məsələsini Qarabağla müqayisə etməsidir.  Bu, rəsmi Moskvanın İrəvana və şəxsən Paşinyana tərs şilləsidir.

3. Azərbaycan Prezidenti İlham Əliyev isə siyasi təcrübəsi olan xarizmatik liderdir. Prezident Əliyev Paşinyanın bəyanatına Azərbaycanda da cavab verə bilərdi. Lakin Paşinyandan fərqli olaraq, Əliyevin daxili siyasətə oynamağa ehtiyacı yoxdur. Azərbaycan Prezidentinin xalq arasında siyasi reytinqi sabitdir. Üstəlik, İlham Əliyev siyasi həyatı boyunca heç vaxt emosiyalara yol verməyən, soyyuqqanlı və sərt bəyanatlarını belə zamanlama bacarığı olan bir dövlət başçısıdır.

Azərbaycan Prezidenti  Ermənistan baş nazirinin populist bəyanatına BMT tribunasında da cavab verə bilərdi, lakin İlham Əliyev qısa pauza verərək, zamanlamanı düzgün planlaşdırdı. Əliyev "Qarabağ Azərbaycanındır və nida işarəsi" bəyanatını Rusiya prezidenti Putin də daxil olmaqla, bir sıra nüfuzlu dövlət başçısılarının və məşhur siyasətçilərin qarşısında səsləndirdi. Bəyanatın məhz Rusiyada, Putinin də iştirak etdiyi tədbirdə verilməsi xüsusilə önəmlidir. Həm də ona görə ki, Rusiya ATƏT-in Minsk Qrupunun üzvü və Qarabağ münaqişəsində ən aparıcı dövlətdir. Və Azərbaycan Prezidenti cavab yerini və məkanını doğru planlayaraq, hamının gözü önündə açıq şəkildə deyir: "Qarabağ Azərbaycanındır və nida işarəsi". Prezidentin bu çıxışı alqışlarla qarşılanır.

Bu zaman Ermənistan nə edir? Ermənistan XİN baş nazir Paşinyanın populist bəyanatını pərdələmək üçün açıqlama yayaraq, Paşinyanın dinc nizamlama və qarşılıqlı kompromislər tərəfdarı olduğunu ifadə edir. Ermənistan diplomatik savaşdan növbəti dəfə məğlub çıxır. Paşinyan da bunun fərqindədir və susqundur. 

Ruslan Bəşirli
Avropa.info


Oxunma sayı: 11881

Oxşar yazılar