“Qarabağ”ın futbolçuları Avropa Liqasının ən yaxşıları arasında

  • 10:54 - 04 Oktyabr

Avropa Liqasının II turundan sonra turnirin statistik göstəriciləri açıqlanıb. 

Azərbaycan çempionu “Qarabağ” ən yaxşılar arasında təmsil olunub. 

Keçirdiyi 2 matçda rəqib qapılarına 5 dəfə zərbə endirən Abdullah Zubir bu göstəricidə 4-cü yerə şərikdir. Ən çox zərbə vuran futbolçu Bruno Fernandes (Sportinq) 7, Fransisko Soares (Porto) və Alfredo Morelos (Reyncers) 6 dəfə hədəfə düşüb. 

“Qarabağ” klublar arasında da çərçivəyə ən çox zərbə vuranlardandır. 13 dəfə qapıya düşən Ağdam klubu 4-cü yerə şərikdir. Yalnız “Roma” (16), “Lüdoqorets” (15) və “Sevilya” (14) daha çox dəqiq zərbə vurub. 

Riçard Almeyda ən çox ötürmə verənlərdən biridir. 170 dəfə pas atan braziliyalı Avropa Liqasında 11-cidir. Braziliyalı 148 dəfə komanda yoldaşlarına dəqiq ötürmə verib. O, bu göstəricidə 10-cudur. R.Almeyda 87 faiz dəqiq olub.

APA


Oxunma sayı: 6040

Oxşar yazılar