Qarabağ” Lüksemburq çempionunu darmadağın edib

  • 23:45 - 03 Oktyabr

UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində növbəti oyuna çıxan “Qarabağ” “Düdelanj”la oyunda hesabı 2:0-a çatdırıb.

Qarşılaşmanın 30-cu dəqiqəsində Miçel Ağdam təmsilçisinin növbəti qolunu vurub.

**23:11

UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində növbəti oyuna çıxan “Qarabağ” “Düdelanj”la oyunda hesabı açıb.

Abdullah Zubir qarşılaşmanın 11-ci dəqiqəsində Ağdam təmsilçisini hesabda önə çıxarıb - 1:0.


 

***23:00

UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində "Düdelanj" (Lüksemburq) və "Qarabağ" komandaları arasında oyun başlayıb. 

Ağdam təmsilçisi qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ın qonağıdır. 

Azərbaycan təmsilçisi “Jozi Bartel” stadionunda baş tutan matça Filip OzobiçXayme Romerosuz çıxıb. Hər iki yarımmüdafiəçi zədəlidir.

Bu görüş "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdardır. Qırx yeddi yaşlı mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi komanda ilə 100-cü avrokubok matçına çıxır. 


Oxunma sayı: 6524

Oxşar yazılar