"Qarabağ məsələsindəki mövqeyinə görə İrana minnətdarıq" - Düşmən Ermənistandan İrana təşəkkür və "yaşıl işıq"

  • 13:27 - 03 Oktyabr

Ermənistan baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin ali şurasının iclasında iştirak etmək üçün İrəvana gəlmiş İran prezidenti Həsən Ruhani ilə görüşüb.

Avropa.info xəbər verir ki, Paşinyan İran prezidentinin bu səfərini Ermənistanda baş verən siyasi dəyişikliklərdən sonra ilk səfəri adlandırıb və Ermənistanda qonşu və dost ölkələrlə münasibətlərə böyük əhəmiyyət verdiyini deyib.

Baş nazir Paşinyan Ermənistanın İranın Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyini deyib:

"Biz İranın Qarabağ münaqişəsindəki mövqeyini yüksək qiymətləndiririk. Biz İran ilə yaxın qonşuyuq. Bizim ortaq maraqlarımız var. Bu əməkdaşlığımız yüz il sonra da davam edəcəkdir".

İran prezidenti Həsən Ruhani səmimi qəbula görə təşəkkür edib: 

“Biz dost və qonşu olaraq Ermənistanla bütün sahələrdə əlaqələrin inkişafına və genişlənməsinə böyük əhəmiyyət veririk. Yeni proqramların hazırlanması və həyata keçirilməsi, qaz-elektrik mübadiləsi proqramının əhatə dairəsinin genişləndirilməsi üçün hökumətinizlə işimizi davam etdirməyə hazırıq. Eyni zamanda, Ermənistanda qaz, külək və günəş vasitəsilə elektrik enerjisi istehsal edən proqramlar həyata keçirməyə hazırıq. Enerji və infrastrukturun inkişafı sahəsində regional layihələrin həyata keçirilməsində maraqlıyıq. ” 

Həsən Ruhaninin deyib ki , İran Ermənistanla və nəqliyyat infrastrukturu sahəsində, o cümlədən müxtəlif yol tikintisi proqramlarında iştirak məsələsində maraqlıdır. 

Avropa.info


Oxunma sayı: 13971

Oxşar yazılar