Avropa Liqasında II tur: “Qarabağ” bu gün “Düdelanj”la qarşılaşacaq

  • 10:04 - 03 Oktyabr

Bu gün Avropa Liqasında II turun oyunları keçiriləcək.

Avropa.info xəbər verir ki, "Qarabağ” Lüksemburqda "Düdelanj”ın qonağı olacaq. "Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Azərbaycan təmsilçisi bu matça Filip Ozobiç və Xayme Romerosuz çıxacaq. Hər iki yarımmüdafiəçi zədəlidir. 

Bu görüş "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. 47 yaşlı mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi komanda ilə 100-cü avrokubok matçına çıxacaq.  

Azərbaycan çempionu ilk turda İspaniyanın "Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Cənubi Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər.

Qeyd edək ki, A qrupunun digər matçında "Sevilya” APOEL-i qəbul edəcəcək.

Avropa Liqası

Qrup mərhələsi

A qrupu,  II tur

3 oktyabr

23.00 Düdelanj (Lüksemburq) - Qarabağ (Azərbaycan)

Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (Şotlandiya).

Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç).

UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya).

"Jozi Bartel” stadionu.


Oxunma sayı: 12574

Oxşar yazılar