Türkiyənin neft idxalı artıb

  • 20:02 - 02 Oktyabr

Türkiyə xam neft idxalını artırıb.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, iyulda Türkiyənin neft və neft məhsulları idxalı ötən ilin eyni ayına nisbətən 4,2 faiz artaraq 4 milyon 97 min 456 ton olub. Ay ərzində xam neft idxalı isə 26,4 faiz çoxalaraq 2 milyon 879 min 823 ton təşkil edib.

Türkiyə iyulda Rusiyadan 1 milyon 262 min 32 ton, İraqdan 924 min 112 ton, Qazaxıstandan isə 248 min 476 min ton neft alıb.

Qeyd edək ki, Türkiyə ötən il 38 milyon 711 min ton, 2017-ci ildə 42,7 milyon ton, 2016-cı ildə 40 milyon ton, 2015-ci ildə 39,6 milyon ton, 2014-cü ildə 32,6 milyon ton və 2013-cü ildə isə 18,6 milyon ton neft və neft məhsulları idxal edib.

 


Oxunma sayı: 6458

Oxşar yazılar