Sui-qəsddə qadın corabları - Lənkəran polisi çobanı döyən kişiləri axtarır

  • 02 Okt - 2019

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları sentyabrın 27-də Lej kənd sakinini döyərək su kanalına atan üç maskalı naməlum şəxsin axtarışlarını davam etdirir. İndiyə qədər aparılan axtarışlar müsbət nəticə verməyib.

Avropa.info xəbər verir ki, bu barədə oxu.az-a rayon polis şöbəsindən məlumat verilib.

Qeyd edək ki, 20 yaşlı çoban Pərviz Köçəriyevi atası su kanalından bağlanmış şəkildə tapıb.

Ata oğlunu sürü otlaqdan çobansız qayıtdıqdan sonra axtarmağa başlayıb.

Oğul maskalı şəxslər tərəfindən döyüldüyünü deyib. Daha doğrusu, sözügedən şəxslər maska əvəzinə başlarına qara qadın corabları keçiriblər. Bununla yanaşı, təcavüzkarlar heç bir şey tələb və izah etməyiblər.

P.Köçəriyev Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib, həkimlər ona kəllə-beyin travması diaqnozu qoyublar.

Araşdırma zamanı asayiş keşikçiləri təcavüzkarlarla çoban arasında heç bir əlaqə tapmayıb. Əldə edilən məlumata görə, maskalı şəxslər kəndə gedib onları gördüyünü deməməsi üçün çobanı döyərək bağlayıblar. Beləliklə, təcavüzkarlar rahat şəkildə gizlənə biliblər.

Polis həmin gün eyni ərazidə üç kişinin iştirakı ilə başqa cinayət hadisəsinin baş vermədiyini bildirib. Ehtimal olunur ki, şübhəlilər həmin gün basqın törətmək istəyiblər, lakin çobanla planlaşdırılmamış görüş bu basqına mane olub.


Oxunma sayı: 914

Oxşar yazılar