Yarım il ərzində miqrantlar Rusiyadan Azərbaycana 400 milyon dollardan çox pul köçürüb

  • 20:55 - 01 Oktyabr

2019-cu ilin ilk altı ayında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 417 milyon dollar göndərilib. Eyni zamanda ilin birinci rübündə Rusiyadan köçürmələr 189 milyon dollar təşkil edib.

"Report" xəbər verir ki, bunu Rusiyanın Mərkəzi Bankının məlumatlarında görmək olar.

Hesabatda qeyd olunur ki, Azərbaycana hər dəfə orta hesabla, təxminən, 300 dollar göndərilir.

Ümumiyyətlə, 2019-cu ilin birinci yarısında Rusiyadan MDB ölkələrinə 5,720 milyard dollar göndərilib. MDB ölkələri arasında ən yüksək göstərici Özbəkistandadır: ilin ilk altı ayı ərzində Rusiyadan bu ölkəyə 2 milyard dollardan çox pul köçürülüb.

Rusiya Mərkəzi Bankı pul köçürmələrinin həcmini BLIZKO, CONTACT, "Western Union", "Zolotaya Korona", "Unistream" ödəniş sistemlərinin, eləcə də Rusiya poçtunun məlumatlarına əsasən hesablayıb.


Oxunma sayı: 5600

Oxşar yazılar