İmişlidə Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib

  • 18:36 - 01 Oktyabr

İmişlidə Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. 

Sonra İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, qanun pozuntusu hallarına və cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıb, dövlətçiliyimizin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində prokurorluq işçilərinin əməyi yüksək qiymətləndirilib. 

Vilyam Hacıyev bildirib ki, prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə ölkəmizdə hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, o cümlədən prokurorluq öz inkişafının məzmunca və keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən qanunvericilik islahatları nəticəsində respublikada qanunçuluğu və vətəndaşların azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti yaradılıb.      

Daha sonra çıxış edən İmişli rayon prokuroru Azərbaycan prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan danışıb. O, qeyd edib ki, prokurorluq orqanları işçiləri bundan sonra da ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin və milli maraqlarımızın, xalqın mənafeyinin cinayətkar qəsdlərdən qorunmasında əzmlə çalışacaqlar. Sonda İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev işində fərqlənən prokurorluq əməkdaşlarını Fəxri Fərmanlarla təltif etmişdir.

 

 


Oxunma sayı: 18756

Oxşar yazılar