Putinin oliqarxlarının sərvəti 30 milyard dollar artdı – Siyahıda azərbaycanlı da var

  • 16:58 - 01 Oktyabr

2019-cu ilin son 9 ayı ərzində Rusiyanın ən varlı adamlarının sərvəti 30,613 milyard dollar artıb.

Avropa.info xəbər verir ki, bu rəqəm “Bloomberg Billionaires Index”-in (BBI) dünyanın ən varlı 500 adamının reytinqi ilə bağlı dərc etdiyi siyahıda öz əksini tapıb.

Siyahıda cəmi 23 rusiyalının adı var. Onlardan ən varlısı ümumi siyahıda 35-ci olan “İnterros”un sahibi və “Nornikel”in baş direktoru Vladimir Potanindir. O,  sərvətini 4,64 milyard dollar artıraraq 24,3 milyard dollara çatdırıb. 

İkinci yerdə NOVATEK və SİBUR-un səhmdarı Leonid Mixelson 23 milyard dollarlıq sərvətini daha 3,69 milyard dollar artırıb.

Üçüncü yerdə 20,4 milyard dollarla “Universal Cargo Logistics Holding”in və NLMK-nin sahibi Vladimir Lısin gəlir. 

Siyahıda Aleksey Mordaşov, azərbaycanlı oliqarx Vahid Ələkbərov, Gennadi Timçenko, Əlişir Usmanov, Roman Abramoviç, Andrey Melniçenko və Viktor Vekselberq gəlir.


Oxunma sayı: 6007

Oxşar yazılar