Şekspir Ziya Məmmədovun şeir yazdığını eşitsəydi ... – "Yola ver getsin..." – Ruslan Bəşirlinin yazısı

  • 01 Okt - 2019

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədov şeir yazmağa başlayıbmış.

Nizami, Füzuli, Necib Fazıl Kısakürək, Höte, Şekspir, Bayron indiki dövrdə yaşasaydılar,

Və Ziya Məmmədovun şeir yazdığını eşitsəydilər, 

Ehtimal ki, belə deyərdilər: 

“Yoldur, yola ver getsin...” 

Yeri gəlmişkən, "yoldur, yola ver getsin" misraları eks-nazirin "Nəsihət" şeirindən götürülüb. 

Amma təssüf ki, sabiq nəqliyyat şefinin vəzifədə olduğu dövrdə, onun "nəqliyyat qoçularının" yola verməklə heç araları yox idi.

Sabiq nazirin tabeliyində olan, artıq ləğv olunmuş Nəqliyyat Departamentinin əməkdaşları ailələrinə bir tikə çörək pulu aparmaq üçün gecə-gündüz çalışan fağır sürücüləri döyürdülər, söyürdülər. 

Özü də bunu nümayişkaranə surətdə hər kəsin gözü önündə edirdilər. 

Bu qoçu dəstəsinin kimsəni yola vermək kimi bir halları yox idi. 

Hələ sabiq naziri, oğlunu, qardaşı oğlunu tənqid etdiyinə görə döyülən, məhkəmələrdə süründürülən jurnalistləri xatırlayaq, 

Sabiq nazirin də yola verməklə heç, amma heç arası yox idi. 

Hə... desəniz ki, arkadaş, səhv anlamısan. 

Cənab eks-nazir uzun illər ölkə yollarının təmiri, yenidən qurulması işlərinə də rəhbərlik edib (Avtomobil Yolları Dövlət Agentliyi qurulmadan öncə bu işlə Nəqliyyat Nazirliyi məşğul olurdu-red.).

"Yoldur, yola ver getsin" deyərkən də cəmi 2-3 ildən sonra çatlamış, dağılmış yolları nəzərdə tutur, 

Buna bir sözüm yoxdur. 

***

AXCP Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyev partiya sədri Əli Kərimlini sərt şəkildə ittiham edərək, partiyadan istefa verib.

Aydın Əliyevi az qala 17 ildir tanıyıram. 1988-ci ildən, yəni milli-azadlıq hərəkatı başlayandan proseslərdədir.

Əvəllər AXCP Cəbrayıl şöbəsinin sədri idi, sonradan qurultayda Nəzarət Təftiş Komissiyasının üzvü seçildi. 

Daha sonra NTK-nın sədri oldu. 

Aydın Əliyev müxalifətin bütün mitiqlərində öndə gedən şəxslərdən idi, dəfələrlə inzibati şəkildə sutkalıq həbsdə olub.

Əli Kərimli onu bütün icazəsiz mitinqlərdə önə verirdi. Aydın Əliyev bəlkə də min dəfə indiki hakimiyyətin istefasını tələb edib. 

İndi Aydın Əliyev AXCP-dəki diktaturadan, partiyanın marginal qrupa çevirilməsindən bezərək, Əli Kərimlinin istefasını tələb edincə,

Kərimlinin troll qrupu hücuma keçib. 

Cəbhəçi stajı heç 2-3 il olmayan "küçə uşaqları", 30 ilini öncə AXC-yə sonradan isə AXCP-yə xərcləmiş yaşlı bir insana, 

Sosial şəbəkələrdə "satqın", "xain" kimi təhqiramiz ifadələr yazırlar. 

Bu mənəvi terror deyilsə, bəs nədir? 

30 ilini meydanlarda xərcləmiş Aydın Əliyev nə deyir ki? 

Deyir ki, partiyadaxili, xaricdən gələn qrant və s. pul məsələlərini ancaq öz nəzarətində saxlayan, özünün, ailəsinin və xaricdə yaşayan oğlunun ərəb şeyxləri kimi yaşamasına sərf edən Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qane etməyib. 30 illik siyasi fəaliyyətimdən sonra başa düşmüşəm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılmışıq. 

Yanlışmı deyir? 

Aydın Əliyev 30 ildir öncə AXC-də, sonradan da AXCP-də idi. Bu 30 ildə Aydın Əliyevin əldə etdiyi nə olub? 

İşsizlik, qaçqın yataqxanasının 1 otağında yaşanan həyat, həbslər, səfalət... Heç AXC hakimiyyəti dövründə də bir vəzifə tutmayıb.

ƏIi Kərimlinin 30 ildə əldə etdikləri nə olub?

AXC dönəmində Prezident Aparatında şöbə müdiri, dövlət katibi, indiki hakimiyyət dönəmində 2 dəfə Milli Məclisin deputatı, Bakının bir neçə yerində evlər, şəhərdən kənarda bir neçə yerdə bağ evləri villalar, xarici avtomobillər... Aydın Əliyev övladlarının gündəlik qayğılarını qarşılaya bilmir, Kərimlinin isə övladları İngiltərənin ən bahalı təhsil müəssəsi olan məşhur Bristol Universitetində ili 30 min funt sterlinqə təhsil alıblar. Hazırda da xaricdə yaşayırlar.

Aydın Əliyev də haqlı olaraq sual edir ki, bu mübarizədirsə və bu mübarizədə maddi məhrumiyyətlər varsa, niyə Kərimli oliqarxlar kimi, özü isə səfalət içində yaşayır? Axı Əli Kərimli də 14 ildir rəsmi olaraq işsiz sayılır.

Adam haqsızdırmı? Deyil, cənablar, deyil. Üstəlik ömrünün axırına kimi Kərimlinin nağıllarına inanmaq zorunda da deyil. 

***

Bir aydır qardaş Türkiyədə, HDP-nin Diyarbəkr vilayət şöbəsi önündə övladları PKK-ya qaçırılan kürd anaları aksiya keçirir. 

Məlumdur, HDP PKK terror təşkilatının siyasi qoludur və  aksiya keçirən kürd anaları övladlarının HDP tərəfindən terror düşərgələrinə göndərildiyini deyirlər. 

Kürd anaların PKK/HDP-dən öz övladlarını tələb etmələri Türkiyənin terrorla mücadilə tarixində yeni, mühüm bir səhifədir. 

Terror təşkilatının bölgədə həyata keçirmək istədiyi planlar, PKK-nın adam qaçırmaları və sairə, görünüşdə bir "siyasi partiya" olduğunu iddia edən HDP-nin ofisi vasitəsi ilə həyata keçirildiyi məlumdur. 

Bu dəfə isə tam da "başlayırıq" deyəcəkdilər ki, analar başlarının üstünü aldı və planları suya düşdü!!

Suya nə oldu???
İnək içdi!!! 
İnəyə nə oldu??? 
Dağa qaçdı ??.
Yoxxx, qaça bilmədən yandı, bitdi, kül oldu!!!   

Ruslan Bəşirli 
Avropa.info


Oxunma sayı: 3818

Oxşar yazılar