Rusiyada azərbaycanlını qətlə yetirən erməni ölkəsinə verilir

  • 01 Okt - 2019

Rusiyada azərbaycanlının qətlinə görə 18 il həbs cəzası alan Arman Arakelyan Ermənistana ekstradisiya ediləcək.

Avropa.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə A. Arakelyanın oğlu Qurgen Arakelyan bildirib.

Onun sözlərinə görə, atasının ekstradisiyası 1-2 ay çəkəcək.

Qeyd edək ki, bundan əvvəl Rusiya A.Arakelyanı Ermənistana təhvil verməyə hazır idi. Lakin Ermənistanın keçmiş Ədliyyə naziri Artak Zeynalyan bunu məqbul saymamışdı.

Xatırladaq ki, qətl hadisəsi A.Arakelyana məxsus kafedə onunla azərbaycanlı arasında yaranmış mübahisədən sonra baş verib.

Ermənistan vətəndaşı mübahisədən sonra avtomobil dayanacağında onu izləyərək qətlə yetirib.

A.Arakelyan artıq dörd ildir ki, Nurmansk həbsxanasında cəzasını çəkir.


Oxunma sayı: 650

Oxşar yazılar