Məhkəmə Messini günahsız saydı - Cinayət işi bağlandı

  • 11:25 - 01 Oktyabr

İspaniya məhkəməsi “Barselona” klubunun hücumçusu, argentinalı futbolçu Lionel Messinin üzərindən dələduzluq və ona məxsus xeyriyyə fondunun vergidən yayınması ittihamlarını götürüb.

Avropa.info xəbər verir ki, Messinin özü, atası və qardaşından məhkəməyə elə həmin fondun sabiq əməkdaşı müraciət etmişdi. Hakim Mariya Tardin Messinin ünvanına yönləndirilən ittihamların KİV-dən götürüldüyünə, fondun fəaliyyətinin pozulmasını təsdiqləyən sübutların olmadığına qərar verib.

Lionel Messinin fəaliyyətində cinayət tərkibi aşkarlanmayıb və ona qarşı iş bağlanıb.


Oxunma sayı: 6645

Oxşar yazılar