Azərbaycan Mərkəzi Bankı bu il valyuta ehtiyatlarının idarə olunmasından 200 milyon dollar gəlir əldə edəcək

  • 19:10 - 30 Sentyabr

“Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi cüzidir”.

Bunu jurnalistlərə açıqlamasında qurumun sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, AMB valyuta ehtiyatlarını getdikcə artırır və hazırda bu rəqəm 6 milyard dollardan çoxdur.

“Düşünürəm ki, bu ilin sonuna qədər ehtiyatların idarə olunmasından da 200 milyon dollar gəlir əldə edəcəyik”, - deyə baş bankir qeyd edib. 


Oxunma sayı: 7162

Oxşar yazılar