Kamalist yazarın Atatürk haqqında qələmə aldığı skandal kitab : "Atatürk kiçik qız Minaya şampan içirdi ..." (FOTO)

  • 11:02 - 30 Sentyabr

Türkiyədə uşaqlar üçün nəşr edilən və Mustafa Kamal Atatürkün həyatından bəhs edildiyi iddia olunan "Böyük Atatürkdən kiçin hekayələr" adlı kitab skandala səbəb olub.

Avropa.info xəbər verir ki, Süleyman Bulud adlı bir müəllifin qələmə aldığı, Can Uşaq Nəşrlərindən çıxan  kitabın 63-cü səhifəsində M. Kamalın Mina adlı balaca qız uşağını bir uşaqla rəqs etdirdiyi, sonra da şampan içizdirdiyi iddia olunur. Kitabda, yazar Mina Urganın "Bir dinazavrın xatırələri" əsərindən götürülərək dərc olunan hissədə deyilir:
 

"Kiçik Mina rəqs nədir bilmirdi. Atatürk ona bir az öyrətməyə çalışdı. Sonra da, "mən sənin üçün çox yaşlı bir kavalyerəm, yaşına uyğun bir kavalyer tapaq dedi. Ətrafına boylandı. On dörd-on beş yaşlarında bir oğlan gördü. Kiçik Mina oğlanla rəqsə başladı amma ağlı Atatürkdəydi. Onun bufetə doğru getdiyini görüncə rəqs etdiyi uşağı qoyub bufetə qaçdı. Atatürk, kiçik Minanı yenidən qarşısında görəndə, "oğlanı bəyənmədin yoxsa" -deyə soruşdu. Minaya şampan verdi. Kiçik Mina şampanı o qədər bəyənmişdi ki, ofisiantdan birini də istəyincə, dərhal anası girdi araya. Yatma vaxtının gəldiyini söyləyərək Atatürkdən icazə aldı. Kiçik Mina zaldan çıxarkən Atatürk əlini qaldırdı: "Səni Çankayada gözləyirəm, unutma".

Qeyd edək ki, Türkiyədə Atatürk əleyhinə yazılar 5816 saylı qanunla qadağandır. Hətta tənqidi yazılarda belə 5816 saylı qanun dövriyəyyə girir. Lakin, özünü kamalist adandıran və bir çox hallarda yazdıqları kitablarda hədlərini aşan yazarlara bu qanun tətbiq olunmur. "Böyük Atatürkdən kiçin hekayələr" adlı kitabda Atatürk haqqında yazılan rəzaləti nəzərə alsaq, 5816 saylı qanunun əslində bu kitabın müəlliflərinə də tətbiq olunmalıdır. 


Oxunma sayı: 9197

Oxşar yazılar