Azərbaycan yığmasının futbolçusu Almaniyada 13 dəqiqəyə dubl edib

  • 23:29 - 29 Sentyabr

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniya çempionatında dubl edib.

Milliləşən yarımmüdafiəçi 2-ci Bundesliqada fərqlənib.

O, şərəfini qoruduğu “Aue”nin Drezden “Dinamo”su ilə VIII turun ev matçında 13 dəqiqəyə 2 qol vurub. 17-ci dəqiqədə penaltini qola çevirən D.Nazarov 29-cu dəqiqədə fərqi artıraraq 4:1 hesablı qələbədə pay sahibi olub.

54-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanan yarımmüdafiəçi final fitindən 11 dəqiqə öncə əvəzlənib.

Qeyd edək ki, “Aue” 8 oyundan sonra 14 xalla 4-cü pillədə qərarlaşıb.

 

 

apa


Oxunma sayı: 12266

Oxşar yazılar