Səudiyyə Ərəbistanında hücumdan əvvəlki neft hasilatı bərpa edilib

  • 14:16 - 28 Sentyabr

Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkətinə məxsus bu yaxınlarda dron hücumuna məruz qalan neft mədənlərində hadisədən əvvəlki gündəlik 9,8 milyon barellik hasilat bərpa edilib.

Müəyyən texniki səbəblərdən hasilatın tam həcmi hələlik bazara çıxarılmır.

Xatırladaq ki, 14 sentyabr tarixində törədilən, məsuliyyətini də Yəməndəki Huti silahlı hərəkatının üzərinə götürdüyü hücumlar nəticəsində ölkədəki gündəlik neft hasilatı 5,7 milyon barelə enib. Bundan sonra ABŞ hökuməti strateji neft ehtiyatlarını işə salmağa hazır olduqlarını açıqlayıb.

Daha sonra Səudiyyə Ərəbistanı Enerji naziri şahzadə Əbdüləziz bin Salman sentyabr ayının sonunda gündəlik hasilatı 11 milyon barelə, noyabr ayının sonunda da 12 milyon barelə çatdıracaqlarını açıqlayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının neft obyektlərinə dron hücumları ilə bağlı ABŞ və Yəməndə Huti hərəkatına qarşı hökuməti dəstəkləyən ərəb koalisiyası İranı ittiham etsə də, ABŞ hökumətinin bununla bağlı təqdim etdiyi dəlillər Səudiyyə hökuməti tərəfindən kafi hesab olunmayıb.

 

 

report


Oxunma sayı: 5666

Oxşar yazılar