110 illik derbi bu axşam ekranlarda - “Qalatasaray” və “Fənərbaxça” üz-üzə gələcək

  • 28 Sen - 2019

Türkiyə və dünya mətbuatında yer alan “Qalatasaray” və “Fənərbaxça” derbisi bu axşam 390-cı dəfə baş tutacaq.

Avropa.info xəbər verir ki, futbol azarkeşlərinin həyəcanla gözlədiyi derbi üçün “Qalatasaray” və “Fənərbaxça” son hazırlıqlarını baş vurublar. İki əzəli rəqib arasında görüş bu gün 21:00-da Türk Telekom Arena stadionunda baş tutacaq.

Sarı-qırmızılı futbolçular Fateh Terimin məşqçiliyi ilə isinmə  hərəkətlərinə başlayıblar. Derbinin hazırlığını baş vuran “Qalatasaray” futbolçuları Floriya Metin Oktay kampına daxil olublar.

“Fənərbaxça” klubu isə Ersun Yanalın baş məşqçiliyi ilə məşqə çıxıb. Zədələnən Qarri Rodriqes və xüsusi proqramla çalışan Viktor Mosesdən başqa bütün futbolçular məşqdə iştirak edib.

Qeyd edək ki, 17 yanvar 1909-cu ildə başlayan 110 illik rəqabətdə iki klub arasında 389 matç baş tutub. Bu matçların 146-nı “Fənərbaxça”, 123-nü “Qalatasaray” qazanıb. 120 matçda bərabərlik qeydə alınıb. “Fənərbaxça”nın vurduğu 535 qola “Qalatasaray” 485 qolla cavab verib.


Oxunma sayı: 2080

Oxşar yazılar