Xaricdən bal idxalına qadağa qoyula bilər

  • 28 Sen - 2019

"Kənd Təsərrüfatı Nazirliyi ölkəyə balın idxalını qadağa qoyulması ilə bağlı təklifi araşdırır". 

Bunu Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib. 

Nazir müavini vurğulayıb ki, əlaqədar qurumlarla birgə bu istiqamətdə ciddi araşdırmalar aparılır.

Xatırladaq ki, Azərbaycan Arıçılar Assosiasiyası ölkəyə balın idxalını qadağan edilməsi ilə bağlı təkliflə çıxış edib. Müraciətdə bildirilir ki: “Artıq biz ölkə əhalisinin bala olan tələbatını tam şəkildə ödəyə bilirik. Bu, ölkədə arıçılığın inkişafına bir stimul olacaq və bu sahə daha sürətlə inkişaf edəcək”.

Qeyd edək ki, ötən il Azərbaycanda 3 min ton bal istehsal olunub. Builki bal istehsalı artıq 6 min tona yaxınlaşır. Əvvəlki illərdə hər arı ailəsindən 8-10 kiloqram bal istehsal olunurdusa, bu il orta məhsuldarlıq 15 kiloqrama çatır. Azərbaycan artıq xaricə bal ixrac etməyə başlayıb. Bu il Yaponiyaya 8 ton, Birləşmiş Ərəb Əmirliklərinə 3 ton, Dubaya isə 4 tona yaxın bal göndərilib. Hazırda isə İordaniya ilə danışıqlar aparılır. 

Report


Oxunma sayı: 826

Oxşar yazılar