Əli Əhmədov: "Azərbaycan hökuməti BMT-nin Əhali Fondunun Azərbaycandakı işini yüksək qiymətləndirir"

  • 20:20 - 27 Sentyabr

"BMT-nin Əhali Fondunun Azərbaycanda 25 il ərzində gördüyü işləri yüksək qiymətləndiririk".

Bunu Baş Nazirin müavini Əli Əhmədov BMT-nin Əhali Fondunun Azərbaycandakı fəaliyyətinin 25 illiyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti Fondla bir çox uğurlu birgə layihələr həyata keçirib və üzərinə düşən öhdəliklərini də yerinə yetirir. "Azərbaycan öz əhali resursları ilə fəxr edə bilər. Ölkə əhalisinin sayı və keyfiyyəti hökumətin diqqət mərkəzindədir. Bütün təbəqələrdən olan insanların təhsil almaq hüququnu təmin etmək üçün layihələr həyata keçirilir, sağlam həyat tərzi gördüyümüz işlərdən biridir", - o bildirib.

Ə.Əhmədov həmçinin qeyd edib ki, Azərbaycanın xüsusi daxili siyasətini Dağlıq Qarabağdan 1 milyondan çox qaçqın və məcburi köçkünün olması faktı formalaşdırıb.

Öz növbəsində, BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi Qulam İsakzai BMT-nin Əhali Fondunun Azərbaycandakı fəaliyyətinin əhəmiyyətini qeyd edərək, təşkilata göstərilən dəstək və köməyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.


Oxunma sayı: 5897

Oxşar yazılar