Sindo-ryu və Pençak silat Federasiyası Azərbaycan birinciliyi keçirib – Foto

  • 27 Sen - 2019

Azərbaycan “Sindo-ryu və Pençak silat” Federasiyası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş XIV yeniyetmələr, gənclər və peşəkarlar arasında açıq Azərbaycan birinciliyi keçirib. 

Üç gün davam edən və Göygöl rayonunda Olimpiya İdman Kompleksində keçirilən yarışa 200-ə yaxın idmançı qatılıb. Yarışda 12 yaşdan 40 yaşadək idmançılar iştirak ediblər. İdmançılar 15 çəki dərəcəsi üzrə yarışıblar. Qaliblər müvafiq diplomlar və medallarla təltif olunub. 

Federasiyanın prezidenti Ceyhun Əşrəfov Avropa.info-ya verdiyi açıqlamada bildirib ki, yarışın əsas məqsədi yeniyetmələr, gənclər və peşəkarlar arasında sindo-ryu və pençak silat idman növünün inkişafını təmin etmək olub. O, həmçinin deyib ki, yarışın keçirilməsi ilə Sindo-ryu və Pençak silat idman növünün kütləviliyinə nail olmaq, gənclərin sağlam və milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinə, milli yığma komandanın komplektləşdirilməsi məqsədləri güdülüb. 

“Nəticələr göstərdi ki, biz, qarşımıza qoyduğumuz məqsədə nail olduq. Çünki bütün yaş qrupları üzrə çox ciddi mübarizəyə, yüksək idman əzminə şahid olduq” – Ceyhun Əşrəfov sonda deyib. 

 

 


Oxunma sayı: 1607

Oxşar yazılar