"Düdelanj"ı "Qarabağ"la oyuna müvəqqəti baş məşqçi çıxaracaq

  • 15:18 - 27 Sentyabr

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"ı qəbul edəcək Lüksemburuqun "Düdelanj" klubu yeni baş məşqçisini açıqlamağa tələsmir.

Avropa.info sportal.az-a istinadən verir ki, yeni baş məşqçisi oktybarın 3-ü "Qarabağ"la keçiriləcək matçdan sonra açıqlanacaq. "Düdelanj"ı Ağdam təmsilçisi ilə matça Bertran Krasson çıxaracaq.

Lüksemburq klubu Krassonun rəhbərliyi altında səfərdə APOEL-i 4:3 hesabı ilə məğlub etmişdi.

"Düdelanj" bir müddət əvvəl Emilio Ferreranı baş məşqçi postundan göndərmişdi.


Oxunma sayı: 6744

Oxşar yazılar