Gəncədə İmamzadə ziyarətgahını soydular

  • 27 Sen - 2019

Gəncədə oğurluq hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 16-da Gəncə şəhəri ərazisindəki İmamzadə ziyarətgahındakı bir qəbrin üzərindən alüminiumdan hazırlanmış gül qabını oğurlamaqda şübhəli bilinən şəhər sakini B.Pənahov saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 529

Oxşar yazılar