Həbibin növbəti döyüşünün vaxt açıqlandı

  • 14:17 - 26 Sentyabr

Qarışıq döyüş növləri üzrə yüngül çəkidə UFC çempionu, dağıstanlı döyüşçü Həbib Nurməhəmmədov növbəti döyüşünü gələn mart, yaxud aprel aylarında keçirəcək.

Avropa.info xəbər verir ki, bu barədə Nurməhəmmədovun meneceri Rizvan Məhmmədov məlumat verib. Döyüşün keçirilmə yeri və rəqib hələ müəyyənləşdirilməyib.

Həbib axırıncı döyüşünü 7 sentyabrda Əbu-Dabidə keçirmişdi. O, amerikalı Dastin Poryeyə qalib gələrək çempionluq titulunu saxlamışdı.

Daha əvvəl Həbib Nurməhəmmədov Toni Ferqüsonla bir neçə dəfə qarşılaşmaq istədiyini bildirsə də, görüş təxirə salınıb. İstisna deyil ki, Həbib keçən ilin oktyabrında qalib gəldiyi Konor Makqreqorla da görüşsün.


Oxunma sayı: 6106

Oxşar yazılar