“ABŞ-ın boş iddialarını tutuquşu kimi təkrarlayırlar” – Cavad Zərif

  • 13:04 - 24 Sentyabr

İran xarici işlər naziri Cavad Zərif Almaniya, Fransa və İngiltərənin Səudiyyə Ərəbistanın neft obyektlərinə hücuma görə Tehranın məsuliyyət daşıması ilə bağlı BMT-də yaydığı birgə bəyanatı tənqid edib.

Avropa.info xəbər verir ki, Zərif bu üç ölkənin ABŞ-ın icazəsi olmadan nevə müqaviləsinin öhdəliklərini yerini yetirə bilmədiklərini deyib:

“3 Avropa ölkəsi ABŞ-ın çıxmasından sonra nüvə müqaviləsindəki öhdəliklərini yerinə yetirməklə bağlı uğursuzluğa düçar olublar. Problem müstəqil yolla getmək üçün güclü iradə nümayiş etdirmək, ABŞ-ın içi boş iddialarını tutuquşu kimi təkrarlamamaq və nüvə müqaviləsinə əməl etməklə həll oluna bilər. Mövcud müqavilə olmadan heç bir halda yeni müqavilə olmayacaq”.


Oxunma sayı: 4995

Oxşar yazılar