Şəhid olan əsgərimiz dəfn edildi – Fotolar (Yenilənib)

  • 12:15 - 24 Sentyabr

Cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusu Abdulrəhmanov Ramin Şövkət oğlu dəfn edilib.

Avropa.info-nun APA-ya istinadən xəbər verir ki, şəhid olan hərbi qulluqçu Quba şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müraciət olunub.

BQXK vasitəçiliyi ilə hərbçinin meyiti təmas xətti ərazisindən çıxarılıb.

 

 

 

 

 

 

***

Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi Azərbaycana qaytarılıb.

Avropa.info Report-a istinadən xəbər verir ki, hərbi qulluqçunun cənazəsi doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən evinə gətirilib.

Vida mərasimindən sonra hərbi qulluqçu rayonun mərkəzi qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Sentyabrın 23-də isə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşini təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.

 

 

 

 

 

 


Oxunma sayı: 19251

Oxşar yazılar