Türk qəssab dünya futbolunun ulduzları ilə bir arada – Foto

  • 11:40 - 24 Sentyabr

Hər il FİFA tərəfindən keçirilən FİFA-nın ən yaxşıları mükafatı mərasimi bu il İtaliyanın Milan şəhərinin La Skala teatrında baş tutub.

Avropa.info xəbər verir ki, qala gecəsinin qonaqları arasında “duz səpmə” hərəkəti ilə dünya məşhurluğu qazanan türk qəssab Nüsrət Gökçə də olub. Qala gecəsindən dünya futbolunun ulduzları Vircil Van deyk, Ronaldo, Kilian Mbappe, Floretino Peres, Xose Maurinyo, Samuel Eto ilə Nüsrətin çəkdirdiyi fotolar paylaşılıb. 

Nüsrət öz “İnstagram” səhifəsində Lionel Messi və FİFA prezidenti Canni İnfantino ilə çəkdirdiyi videoları da paylaşıb. 


Oxunma sayı: 6370

Oxşar yazılar