Səudiyyə Ərəbistanına hücuma görə İran məsuliyyət daşıyır - Fransa, Almaniya və İngiltərədən birgə bəyanat

  • 11:24 - 24 Sentyabr

Fransa, Almaniya və İngiltərə birgə bəyanat yayaraq, Səudiyyə Ərəbistanın neft obyektlərinə qarşı hücumlarda İranı ittiham ediblər.

Avropa.info xəbər verir ki, BMT Baş Assambleyasının 74-cü iclasında iştirak edən Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və İngiltərə baş naziri Boris Consonun yaydığı birgə bəyanatda deyilir:

“14 sentyabrda 2019-cu il tarixdə Səudiyyə Ərəbistanı ərazisindəki neft obyektlərinə edilən hücumu ən güclü formada qınayırıq. İranın bu hücumun məsuliyyətini daşıdığı açıqdır. Başqa məqbul açıqlaması yoxdur. Daha çox detalı əldə etmək üçün aparılan istintaqı dəstəkləyirik”.

Bəyanatı yayan ölkələr İranla imzalanan nüvə müqaviləsinə sadiq olduqlarını bildirib, İranı müqavilə şərtlərinə qayıtmağa çağırıblar.

“İranı dialoq qurmağa, təxribatdan və gərginliyin eskalasiyasından yayınmağa dəvət edirik” – bəyanatda deyilir.


Oxunma sayı: 4038

Oxşar yazılar