Ağdaş sakinindən külli miqdarda narkotik götürüldü

  • 11:17 - 24 Sentyabr

Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri keçirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avopa.info-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhər sakini 45 yaşlı Gəray Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 ədəd kiçik sellofan bükümdə ümumi çəkisi 2,366 qram narkotik vasitə olan heroin aşkar edilib.

G.Əliyevin yaşadığı evə də baxış zamanı oradan 36 qrama yaxın qurudulmuş marixuana və 20 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 


Oxunma sayı: 5556

Oxşar yazılar