Vurğun Əyyubun səhhəti necədir? – Həkimi danışdı

  • 10:42 - 24 Sentyabr

Vurğun Əyyubun durumunu hər halda kritik saymaq olar.

Bu sözləri Axar.az-a bir neçə gündür səhhəti kəskin ağırlaşan Azərbaycan Demokratiya və Rifah ADR Hərəkatı sədrinin 1-ci müavini, dosent Vurğun Əyyubun müalicə həkimi Adil Qeybulla deyib. A.Qeybulla bildirib ki, V.Əyyub hazırda sağ-salamatdır, ancaq durumu olduqca kirtikdir:

“Hazırda öz evindədir. Çox ciddi şəkildə onunla məşğuluq”.

Qeyd edək ki, Tələbə Qəbulu Dövlət Komissiyasının 1992-93-cü illərdə rəhbəri olan və test üsulunu Azərbaycana gətirməsi ilə tarixə düşən V.Əyyubun səhhəti iki gün öncə kəskin pisləşib.

1957-ci il təvəllüdlü V.Əyyub bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir.


Oxunma sayı: 3950

Oxşar yazılar