Səfir: Səudiyyə Ərəbistanı Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir

  • 23:19 - 23 Sentyabr

Səudiyyə Ərəbistanı Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir. 

Bunu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr Səudiyyə Ərəbistanının Milli Gününə həsr olunmuş tədbirdə deyib. 

Səfir vurğulayıb: "Davamlı əlaqələr və qarşılıqlı səfərlər əməkdaşlığın yüksək səviyyəsini göstərir. Bu ilin əvvəlindən iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə əhəmiyyətli dərəcədə inkişaf edib. Qanunvericilik sahəsində - Azərbaycan-Səudiyyə Ərəbistanı Parlament dostluq qrupu Bakıya səfər etdi; iqtisadi sahədə - birgə komitənin beşinci iclası, həmçinin Bakıda biznes forum keçirildi" 

Bundan əlavə, diplomat qeyd edib ki, iki ölkənin enerji nazirlərin qarşılıqlı iki səfəri baş tutub: 

"Bu səfərlər zamanı iki ölkənin inkişafına xidmət edən saziş və anlaşma memorandumları imzalanıb".


Oxunma sayı: 4467

Oxşar yazılar