“Azərpoçt”un Salyan filialına yeni rəis təyin olunub

  • 20:38 - 23 Sentyabr

Salyan rayonunda poçt filialına yeni rəis təyinatı olub.

Bnunla bağlı uyğun əmr imzalanıb. 

Əmrə əsasən, Əliağa Ramiz oğlu Mustafayev “Azərpoçt” MMC-nin Salyan filialına rəis təyin olunub. O, bu təyinatadək 2006-cı ildən həmin filialın rəis müavini işləyib.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin Salyan filialının sabiq direktoru, 1957-ci il təvəllüdlü Elxan Ərəstun oğlu Mehdiyev bir müddət əvvəl iş otağında dünyasını dəyişmişdi.

 

 

 

report


Oxunma sayı: 4203

Oxşar yazılar