Fədayə Laçının məhkəməsi baş tutmadı: artıq 11-ci dəfədir

  • 23 Sen - 2019

Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi növbəti dəfə təxirə düşüb.

APA -nın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesə məhkumlar qeyri-müəyyən səbəbdən gətirilməyib.

Buna görə də proses qeyri-müəyyən günə qədər təxirə salınıb.

Xatırladaq ki, artıq 11-cu dəfədir bu iş üzrə məhkəmə prosesi qeyri-müəyyən səbəblərdən təxirə salınır.

May ayından etibarən bu iş məhkəmə prosesi müxtəlif səbəblərdən baş tutmur.

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunub.

Keçirilən əməliyyatla Etibar Məmmədov məhv edilib, Əli Ağami isə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.


Oxunma sayı: 870

Oxşar yazılar