Qubada avtomobil yolunun tikintisinə 13.4 milyon manat ayrıldı – Sərəncam

  • 16:55 - 23 Sentyabr

Prezident İlham Əliyev Quba rayonunun Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Avropa.info-nun xəbərinə görə, sərəncamla beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,4 milyon (on üç milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Oxunma sayı: 3862

Oxşar yazılar