Piyadanı vurub qaçan qadın sürücü saxlanıldı

  • 16:37 - 23 Sentyabr

Xətaidə yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info-nun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata əsasən, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin əməkdaşları faktla bağlı əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə sentyabrın 20-də Bakı şəhər sakini V.Mahmudovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Hyundai” markalı avtomobilin sürücüsü, paytaxt sakini İ.Ağayeva saxlanılıb. Onun izahatı alındıqdan sonra buraxılıb.


Oxunma sayı: 4379

Oxşar yazılar