“Trampın məhvedici siyasəti iflasa uğradı və darmadağın oldu" – Nikolas Maduro

  • 23 Sen - 2019

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampla görüşə hazırdır.

Avropa.info xəbər verir ki, Maduro bu barədə “Rossiya-24” telekanalına müsahibəsində deyib. 

“ABŞ-la“İqtisadi müharibələ”rin dayandırılması üçün danışıqlara hazırsınızmı? – sualına Maduro “Əlbəttə, hazıram. Əgər ABŞ prezidenti Donald Tramp Barak Obamadan miras qalan Venesuelaya qarşı apardığı səhv siyasəti dəyişmək qərarı versə ” cavabı verib.

“Hesab edirəm prezident Trampın məhvedici siyasəti iflasa uğradı və bütün forma və təzahürlərdə darmadağın oldu. Venesuelaya ziyan vurmağı dayandırmağın, dəyərləri, hörmət əsasında münasibətləri bərpa etməyi düşünməyin vaxtı gəlib. Biz hər zaman buna hazırıq” – Maduro belə deyib.


Oxunma sayı: 628

Oxşar yazılar