Bakıda sərnişin avtobusu drenaj xəttinə düşdü - Yaralı var

  • 15:00 - 23 Sentyabr

Səhiyyə Nazirliyi Qaradağda qəzaya düşən sərnişin avtobusunda xəsarət alan sərnişinin səhhəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, 149 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb: "Nəticədə bir nəfər kişi müştərək travma, qapalı kəllə-beyin travması və ətrafların əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda müalicəsi davam edir”.


Oxunma sayı: 4115

Oxşar yazılar