Əli Kərimlinin troll şəbəkəsi belə ifşa olundu - Sensasion səs yazısı

  • 14:25 - 23 Sentyabr

Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atasını ifşa edən statusu və video müraciətindən sonra AXCP daxilində ixtilaf baş qaldırıb.

F.Qəhrəmanlı ilə bağlı baş verən olaylar AXCP sədri Əli Kərimlini hərəkətə gətirib və o, F.Qəhrəmanlının törətdiyi əməllərə haqq qazandırmaq üçün cəbhəçiləri səfərbərliyə səsləyib. Hətta bu məqsədlə AXCP funksionerləri ilə qapalı görüş keçirərək, onlara müvafiq tapşırıqlar da verib. Partiya funksionerlərini nəzarətində saxladığı troll şəbəkəsi vasitəsilə mübarizəyə səsləyib.

AXCP sədrinin təlimatından sonra hərəkətə keçən funksionerlər ilk dəfə olaraq partiya trolları tərəfindən rədd cavabı alıblar. Onlardan bəziləri Fuad Qəhrəmanlının etdiyi əməllərin insanlığa sığmadığını, çox pis örnək olduğunu bəyan etsələr də, digərləri feminist olduqlarını əsas gətirərək, bu kampaniyada iştirak etməyəcəklərini bildiriblər.

Avropa.info bildirir ki, musavat.com-a daxil olan ifşaedici səsyazısı partiyadaxili troll şəbəkələrindən birinə nəzarət edən AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun müraciəti ilə bağlıdır. Məlum olub ki, partiyadaxili troll şəbəkələri qapalı "WhatsApp" qrupları vasitəsilə idarə olunur. Bütün məxfi təlimatlar da məhz bu qapalı "WhatsApp" qrupları vasitəsilə trollara çatdırılır.

Səsyazısından da göründüyü kimi, R.Turabov konkret adlar çəkərək, cəbhəçiləri feminizmdə, AXCP-nin ənənələrinə qarşı çıxmaqda ittiham edir, onları konkret seçim qarşısında qoyur: "Ya bu partiyada qalın, ya da biz işimizi bilək".

Rəşid Turabov

Daha sonra bir qədər də irəli gedərək, "Vaxtında həbsdə yatmısınız, nə oldu sizə birdən?" sualını verir. 

Qeyd edək ki, uzun müddətdir mətbuatda və sosial şəbəkələrdə AXCP sədrinin troll şəbəkəsi saxladığı, həmin trolların vahid təlimatla hərəkət etdiyi, onun tapşırıqlarını icra etdiyi barədə informasiyalar yayılsa da, Əli Kərimli və tərəfdarları hər vəchlə bunu təkzib edirdilər.

AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trollara yönəlik qapalı "WhatsApp" müraciəti bir daha təsdiq edir ki, bu şəbəkə uzun illərdir fəaliyyət göstərir və o qədər sözəbaxan olublar ki, verilən tapşırıqlardan cəmi bir dəfə, özü də təbii olaraq şiddətə görə imtina etmələri "trolbaşı"nı təəccübləndirir və o "Əli Kərimlinin feysbuk statuslarına şərh yazın, paylaşın, çox zəifsiniz" deməyi də unutmur.

Nəzərə alanda ki, bu, təkcə bir troll dəstəsinin fəaliyyətidir, cəbhəçilərin hansı istismara məruz qaldığını, şirnikləndirici vədlər (gələcəkdə iqtidara gələcəkləri təqdirdə vəzifə və s.) qarşılığında hansı məhrumiyyətlərdən keçdiyini təsəvvür etmək çətin deyil.


d_xHAthsW-s

Oxunma sayı: 7492

Oxşar yazılar