Bakıda avtobus qəzası: bir nəfərin başı zədələndi

  • 13:18 - 23 Sentyabr

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Avropa.info -ya verilən məlumata görə, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.

BNA tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib.

Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

***

Xəsarət alan bir nəfərin hazırda müalicəsi davam edir.

Bu barədə Avropa.info-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəza nəticəsində xəsarət alan kişi müştərək travma, qapalı kəllə-beyin travması və ətrafların əzilməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.


Oxunma sayı: 4819

Oxşar yazılar