“Heç bir güc, heç bir təhdid bizi ilk qibləmiz Qüdsü-Şərifin hüququnu qorumaqdan çəkindirə bilməz" – Ərdoğan ABŞ-da mesaj verdi

  • 12:33 - 23 Sentyabr

Türkiyə prezidenti Ərdoğan ABŞ-ın Nyu-York şəhərində Türk-Amerikan Milli Komitəsində türk və müsəlman icmaları ilə görüş keçirib.

Avropa.info xəbər verir ki, tədbirdə çıxış edən Ərdoğan bu sözləri deyib:

"Biz müsəlmanların başqa din mənsubları ilə bir yerdə, sülh içində yaşamaq problemimiz yoxdur, heç bir zaman da olmayıb. Heç kimsə Qərb ölkələrində artan islamofobiya, antisemitizmə, qaçqın və əcnəbi düşmənçiliyinə biganə qala bilməz”.

Ərdoğan çıxışında Fələstin probleminə də toxunub:

“Heç bir güc, heç bir təhdid bizi Fələstin, ilk qibləmiz Qüdsü-Şərifin hüququnu qorumaqdan çəkindirə bilməz. Qüds davası yalnız Fələstindəki bir ovuc müsəlman deyil, sayı 1,7 milyarda çara İslam dünyasının qüruru, namusu, ismətidir”.

“Biriləri istəməsə də, Məhəmməd Mursini haqqını axtarmaqda davam edəcəyik” – Türkiyə prezidenti belə deyib.

O, Pensivaniyadakı terror təşkilatı liderinin Türkiyəyə ekstradisiyası və FETÖ-nün ABŞ-dakı fəaliyyətinin tamamilə dayandırlması ilə bağlı lazımi addımları atdıqlarını bildirib.


Oxunma sayı: 5248

Oxşar yazılar