Əlil arabasında fotosu yayılan xalq artisti danışdı: Liftlə qalxanda ayağım ilişdi

  • 12:35 - 23 Sentyabr

Xalq artisti Canəli Əkbərovun bir tədbirə əlil arabasında qatıldığını əks etdirən görüntülər qısa zamanda ölkə mediasında sürətlə yayıldı.

Milli.az xəbər verir ki, xalq artisti artıq yeriyə bilmədiyi barədə dolaşan iddialara "Hər şey daxil" vasitəsi ilə son qoyub.

Xanəndə hər şeyin qaydasında olduğunu bildirib:

"Əslində, mən hamıdan qıvrağam, əslində mən hamıdan çevikəm. Mənim heç bir problemim yoxdur. Sadəcə, liftlə qalxanda ayağım ilişdi, topuqda bir balaca ağrı əmələ gəldi. Oğlum mənə araba gətirdi. Bilmədim çəkirlər. Heç nə yoxdur!" 


Oxunma sayı: 3961

Oxşar yazılar