“Müharibəni başlayan tərəf ondan qalib çıxa bilməyəcək” – Cavad Zərif

  • 11:42 - 23 Sentyabr

İranın xarici işlər naziri Cavad Zərif “Saudi Aramco” şirkətinin neft obyektlərinə hücumu əsas gətirərək, Yaxın Şərqə əlavə qoşun göndərən ABŞ-ın qərarını tənqid edib.

Avropa.info xəbər verir ki, onun sözlərinə görə, bu hücumlara İranın aidiyyəti yoxdur və istənilən müstəqil ekspert qrupu tədqiqatdan sonra bu nəticəyə gələcək. 

“Əmin deyiləm ki, müharibədən yayına biləcəyik, ancaq İran onu başlayan tərəf olmayacaq. Müharibəni başlayan tərəf ondan qalib çıxa bilməyəcək” – Zərif CBS telekanalına müsahibəsində deyib.

O, BMT-nin araşdırma üçün Səudiyyə Ərəbistana ekspert qrupu göndərməsi haqda İrana heç bir məlumat vermədiyini deyib. Zərifin sözlərinə görə, BMT müstəqil araşdırma aparsa, İrana hücumlara aidiyyətinin olmadığını görəcək.

Zərif ABŞ prezidenti Donald Trampın ətrafının onu düzgün məlumatlandırmadığını və bunun müharibəyə gətirib çıxaracağını deyib.

“İran danışıqlara hazırdır. Biz müddətli yox, daimi danışıqlar barədə razılığa gəlməliyik” – o, belə deyib.

Zərif ABŞ və İranın daha əvvəl elə də asan olmayan danışıqlar apardığını deyib:

“Yada salın, biz elə də asan olmayan danışıqlar keçirdik və eyni şeyi təkrar etmək üçün iki səhifədən ibarət sənədi boş yerə imzalamadıq”.


Oxunma sayı: 4335

Oxşar yazılar