İranın Xuzistan vilayətində 1,3 ton narkotik vasitə müsadirə edilib

  • 20:27 - 22 Sentyabr

İranın Xuzistan vilayətində polisin keçirdiyi əməliyyat zamanı 1 ton 300 kiloqram narkotik vasitə müsadirə olunub.

Bu barədə vilayətin rəhbəri Əli Buyeri məlumat verib.

Onun sözlərinə görə, narkotik vasitələrin qaçaqmalçılığının qarşısını almaq məqsədilə vaxtaşırı reydlər keçirilir. Ötən gün polis xüsusi əməliyyat hazırlayaraq şübhəli bilinən məkanlarda axtarışlar aparıb. Əməliyyat zamanı həbs olunanlar var. Polis narkotik vasitələrin İrana gətirilməsi yollarını axtarır. Hazırda istintaq davam edir.


Oxunma sayı: 4170

Oxşar yazılar