Ukrayna və Türkiyə sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasına dair razılığa gəlib

  • 20:08 - 22 Sentyabr

Ukrayna və Türkiyə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı ilkin razılığa gəlib.

Bu barədə razılıq hər iki ölkənin Daxili İşlər nazirlərinin görüşündə əldə edilib.

Məlumata görə, yaxın zamanlarda Ukrayna ilə Türkiyə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı saziş də imzalanacaq.

Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi İstanbulda səfərdədir. Səfər çərçivəsində Ukraynanın istehsal etdiyi “Aн-178” təyyarəsinin Türkiyəyə satışı məsələsi də müzakirə olunub.


Oxunma sayı: 3554

Oxşar yazılar