Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - Fotolar

  • 15:51 - 22 Sentyabr

Sentyabrın 20-də həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu bu gün dəfn edilib.

Avropa.info apa-ya istinadən xəbər verir ki, E. Məmmədov Samux rayonu Sarıqaya kəndində dəfn edilib.

Qeyd edək ki, sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər E. Məmmədov həlak olub.

 

Hadisə ilə bağlı istintaq prosedurları başlanıb.

Allah rəhmət etsin!

 

1 / 7


 


Oxunma sayı: 4753

Oxşar yazılar