Qubanın dağlıq kəndlərinə qar yağıb

  • 13:37 - 22 Sentyabr

Azərbaycanın şimalındakı ucqar dağ kəndlərinə ilk qar yağıb.

"Report"un verdiyi məlumata görə, Qubanın dağlıq kəndlərinə yağan qarın hündürlüyü 5-8 santimetr olub. 

Xüsusəndə rayonun Söhüb, Rük, Buduq, Dalıqaya, Zıxır, Girdah və digər dağlıq kəndlərinə qar yağıb.

Qarın yağması təsərrüfatlara ziyan vurmasa da mal-qaranın çöldə otlamasına mane olub.


 


Oxunma sayı: 6403

Oxşar yazılar