Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib

  • 22 Sen - 2019

Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib.

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəhbəri Serqey Knyazev məlumat verib.

Milli Polisin mətbuat xidmətinin yaydığı məlumata görə, Ukrayna Türkiyə tərəfinin cinayətkarlıqla bağlı bütün sorğulara cavab verib. Belə ki, Ukrayna əlavə olaraq dələduzluqda ittiham olunan 31, qaçaqmalçılıqda şübhəli bilənən 36 nəfəri Türkiyə tərəfinə təhvil verib.

Məlumatda qeyd olunur ki, hər iki ölkənin hüquq-mühafizə orqanları İnterpol vasitəsilə beynəlxalq axtarışda olan cinayətkarların saxlanılması üçün əməkdaşlığını davam etdirir.


Oxunma sayı: 826

Oxşar yazılar