Qazaxıstanda təlim zamanı baş verən partlayış nəticəsində 10 hərbçi yaralanıb

  • 23:59 - 21 Sentyabr

Qazaxıstanda döyüş sursatının partlaması nəticəsində 10 hərbi qulluqçu yaralanıb. 

Bu barədə ölkənin Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, hadisə Arıs şəhərindən 60 kilometr məsafədə yerləşən təlim meydanında hərbçilərin planlaşdırılmış işləri həyata keçirdiyi zaman baş verib. Yaralıların hamısı müqavilə üzrə xidmət edənlərdir. Onlar qəlpə yarası ilə Müdafiə Nazirliyinin sahə hospitalına çatdırılıb. 

 


Oxunma sayı: 3356

Oxşar yazılar